» » Ərdoğan: Ankarada törədilən teror aktı ilə bağlı 14 nəfər saxlanılıb

Ərdoğan: Ankarada törədilən teror aktı ilə bağlı 14 nəfər saxlanılıb

Ərdoğan: Ankarada törədilən teror aktı ilə bağlı 14 nəfər saxlanılıb

“Bu, son deyil”.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə əlaqədar 14 nəfərin saxlanıldığını bildirib.

ucarliyiq.biz bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

“Bu terror aktı PYD və YPG-nin işidir. İndi 14 nəfər saxlanılıb, düşünürəm ki, bu son deyil, saxlanılmalar davam edəcək. Bu cinayətin ipinin ucu həm Türkiyədə, həm də xaricə gedib çatır”, - Ərdoğan həlak olanların qohumlarına başsağlığı vermək üçün gəldiyi Türkiyənin baş qərargahında bidirib.