» » Rusiyalı ekspert: Türkiyə ilə müharibə Qafqaz və Azərbaycana da keçə bilər

Rusiyalı ekspert: Türkiyə ilə müharibə Qafqaz və Azərbaycana da keçə bilər

Rusiyalı ekspert: Türkiyə ilə müharibə Qafqaz və Azərbaycana da keçə bilər

“Bu çox böyük səhv idi”.

Təlimlər Türkiyə ilə hərbi əməliyyatlara hazırlıq xarakteri daşıyır.

ucarliyiq.biz “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bunu Rusiyanın hərbi eksperti və “Novaya qazeta”nın icmalçısı Pavel Felqenqauer, Rusiyanın cənub istiqamətində son təlimlərini, o cümlədən də Xəzərdəki manevrlərini şərh edərkən bildirib. 

“Göstərilən, - Türkiyə ilə, üstəgəl Qarabağ vasitəsilə Qafqazda müharibə, yəni Azərbaycan ilə və ya Azərbaycanın iştirakı ilə müharibə üçün hərbi qüvvələrin yerləşdirilməsidir. Bunun üçün Türkiyəyə uzaq məsafəli qanadlı raketlər ata bilən Xəzər donanmasından istifadə ediləcək. 

Azərbaycana gəldikdə isə, Azərbaycanla iş bir az ciddidir, belə ki, onun özünün böyük donanması var. Türkiyədə kəskin vəziyyət yaranarsa, bunun Qafqaza keçməsi qaçılmazdır”, - P.Felqenqauer deyib.

Ekspert hesab edir ki, müharibədən öncə miqyaslı manevrlər olmalıdır.

“Belə manevrlər altında qoşunlar və qüvvələr yüksək səviyyədə hazırlanır, hərbi üsul üzrə yerləşir, sonra isə bu hərbi əməliyyatlara keçir. Avqustda Gürcüstan müharibəsində belə olmuşdu, bu müharibəyə qədər “Qafqaz-2008” manevrləri keçirilmişdi, daha sonra bu təlimlər Gürcüstana müdaxiləyə döndü. Eləcə də 2014-cü ildə gözlənilməz yoxlamalarla Krıma səfərlər başladı”, - o deyib.

P.Felqenqauer eləcə də qeyd edib ki, Rusiya Türkiyənin sərt qarşıdurması ilə qarşılaşacağını gözləmirdi.

“Biz Suriyaya girəkən, Türkiyə ilə konfrontasiyaya girdiyimzi düşünmürdük. Aydındır ki, Putin türklərlə hər şeyin danışıldığından və Ərdoğan ilə orda hər şeyi böləcəyimizdən əmin idi. Bu çox böyük səhv idi, biz orada hansısa çobanlarla döyüşəcəyimzi düşünürdük, birinci dərəcəli hərbi dövlət ilə yox. İndi əsas problem budur”, - ekspert hesab edir.