» » Türkiyə Rusiyaya xəbərdarlıq etdi

Türkiyə Rusiyaya xəbərdarlıq etdi

Türkiyə Rusiyaya xəbərdarlıq etdi

“Bu bumeranq kimidir, sizə qayıda bilər”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriya kürdlərinin özünümüdafiə qüvvələrini havadan  dəstəklədiyinə görə Rusiyaya xəbərdarlıq edib. 

ucarliyiq.biz xəbər verir.

Davudoğlu çərşənbə günü axşam saatlarında Ankarada parlament, baş qərargah və hərbçilərin yataqxanası yaxınlığında minalanmış avtomobilin partlayışından sonra bəyanat verib.

“Mən yenə də, son zamanlar Aazazda kürdlərin özünümüdafiə qüvvələrini havadan dəstəkləyən və günahsız xalqı intensiv bombardmanlara məruz qoyan, terror təşkilatını dinc vətəndaşlara və Türkiyəyə qarşı istifadə edən Rusiyaya xəbərdarlıq edirəm.

Bu ərəfədə Rusiya bu terror aktını pislədi, bu, yaxşı əlamətdir, amma sadəcə pisləmək yetməz. Terror qullarını Türkiyəyə qarşı istifadə edənlər bilsinlər ki, bu bumeranq kimidir, sizə qayıda bilər”, - Türkiyənin baş qərargahında cümə axşamı çıxş edən Davudoğlu bildirib.

Türkiyənin baş naziri Suriyanın Demokratik İttifaq Partiyasını “İslam dövləti” (İŞİD) və “Əl Qaidə” terror təşkilatları ilə müqayisə edərək Ankarada törədilən terror aktı fonunda Suriya danışıqlarında iştirak etmək istəyənlərə yenidən müraciət etmək istəyini bəyan edib.  

“İŞİD və “Əl-Qaidə” terrorçuları danışıqlar masasının arxasına otura bilmədikləri kimi, Demokratik İttifaq Partiyası da bunu etmək iqtidarında deyil”, - Davudoğlu bildirib.