» » İşdən çıxarılan nazir: Gözləmirdim

İşdən çıxarılan nazir: Gözləmirdim

İşdən çıxarılan nazir: Gözləmirdim

“Hər şey dövlətin əlindədir”.

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev Ali Məclisin sədri Vasif Talıbovun sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

ucarliyiq.biz xəbər verir ki, işdən çıxarılan sabiq nazir AzVision.az-a özəl açıqlamasında bundan sonra fəaliyyətini təhsil sahəsində davam etdirəcəyini bildirib.

“Vəzifədən azad olunmağımla bağlı qərar verilibsə, deməli, dövlətimizin qərarı, məsləhəti belə olub. Bu barədə artıq söz deyə bilmərəm. Sözün açığı bu, mənim üçün gözlənilməz qərar idi. Amma dövlətimizin qəbul etdiyi bütün qərarları dəstəkləyirəm”. 

Sabiq nazir işdən çıxarılma səbəbləri ilə bağlı iddialara da aydınlıq gətirib: 

“İşdən çıxarılmağımın səbəbləri barədə heç nə deyə bilmərəm. Hər şey dövlətin əlindədir. Dövlətimizin və Vasif müəllimin bütün qərarlarına hörmətlə yanaşıram. Bundan sonra da fəaliyyətimdə dövlətə xidmət edəcəyəm”.

Xatırladaq ki, ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Piri Nağıyev Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsindən azad edilib.