» » Kaladze Rusiya qazından imtina şərtlərini açıqladı

Kaladze Rusiya qazından imtina şərtlərini açıqladı

Kaladze Rusiya qazından imtina şərtlərini açıqladı

“Biz müəyyən mənada bu razılığa nail ola bilərik”.

Gürcüstanın energetika naziri Kaxaber Kaladze SOCAR və “Şahdəniz” konsorsiumu ilə danışıqların davam etdiyini təsdiqləyib. 

ucarliyiq.biz “Qruizya Online” istinadən xəbər verir.

Baş nazirin müavininin sözlərinə görə, əgər bu danışıqlar müsbət nəticələnərsə, Gürcüstan Rusiyadan və ya İrandan əlavə təbii qaz almaq məcburiyyətində qalmayacaq.

“Biz SOCAR-la aktiv şəkildə danışıqlar aparırıq. Təbii ki, konsorsiumla da mütəmadi əlaqədəyik. Danışıqların predmeti “Şahdəniz” kəməri ilə əlavə həcmdə qazın nəql olunmasıdır. Düşünürəm ki, biz bu barədə razılıq əldə edə biləcəyik. Belə olarsa, Rusiyadan və ya İrandan əlavə həcmdə qaz almağa ehtiyac qalmayacaq”, - Kaladze bəyan edib.