» » PKK terrorçuları neft kəmərini partlatdılar

PKK terrorçuları neft kəmərini partlatdılar

PKK terrorçuları neft kəmərini partlatdılar

Neftin nəqli dayandırılıb.

PKK terrorçuları İraqda Kərkük-Yumurtalıq neft boru kəmərini partladıblar.

ucarliyiq.biz bu barədə Anadolu agnetliyinə istinadən xəbər verir.  

Agentliyin məlumatına görə, partlayışdan sonra boru kəmər ilə İraqdan Türkiyəyə neftin nəqli dayandırılıb.

Keçən ilin iyul ayında PKK Türkiyədə Kərkük-Yumurtalıq neft boru kəmərini partlatmışdı.

Bu boru kəməri vasitəsilə Türkiyəyə İraqdan neft nəql edilir.  

986 km uzunluğu olan ilk neft kəmərinin birinci qolu 1977-ci ildə, 890 km uzunluğu olan ikinci qolu isə 1987-ci ildə inşa edilib.