» » İŞİD yaraqlıları gənc melomanın başını kəsdilər

İŞİD yaraqlıları gənc melomanın başını kəsdilər

İŞİD yaraqlıları gənc melomanın başını kəsdilər

Musiqi alətlərində ifa etmək və musiqi sədaları altında oxumaq qadağandır.

İraqda “İslam dövləti” yaraqlıları 15 yaşlı yeniyetmənin qərb musiqisi dinlədiyinə görə başını kəsdilər.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Ekstremistlər Ayham Hüseyni Mosulda “CD pleyer” ilə yaxalayıblar.

Şəriət məhkəməsi gəncin edam edilməsinə hökm verib. Bundan sonra hökm yerli sakinlərin gözü qarşısında həyata keçirilib, gəncin cəsədi ailəsinə təhvil verilib.

İŞİD-in nəzarət etdiyi ərazilərdə musiqi alətlərində ifa etmək və musiqi sədaları altında oxumaq qadağandır. Bununla yanaşı cihadçılar naşidlərin ifasını ənənəvi musiqi anlayışında qəbul etməyərək dinləyirlər.