» » Ramin Sultanlı ona məxsus ticarət mərkəzini özü sökəcək

Ramin Sultanlı ona məxsus ticarət mərkəzini özü sökəcək

Ramin Sultanlı ona məxsus ticarət mərkəzini özü sökəcək

Binanın könüllü demontajı üçün ayrılmış vaxt fevralın 22-də başa çatır.

Moskvada Tver meydanında yerləşən “Piramida” ticarət mərkəzinin sahibi Ramin Sultanlı binanı fevral ayının 23-nə qədər özü sökməyə hazırşır.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə meriya məmurları və binanın demontaja hazırlanmasında iştirak edən şəxs “Vedomosti”yə danışıb.

Binanın könüllü demontajı üçün meriya tərəfindən ayrılmış vaxt fevralın 22-də başa çatır.

90-cı illərdə ticarət mərkəzi inşa etdirən “Piramida-2000” şirkəti bu yaxınlarda bütün binanın satışı üzrə saziş bağlayıb, sərfəli məbləği alıb və indi obyektin taleyini yeni sahibi həll edəcək.

Rusiya reyestrinin məlumatına görə, fevral ayının əvvəlindən iki-üç ticarət mərkəzinin sahibi dəyişib. Təxminən 1000 kvadratmetr sahəsi olan ticarət məkəzinin sahibi artıq “Piramida-2000” MMC deyil, Azərbaycan vətəndaşı Ramin Bəşir oğlu Sultanlıdır.