» » O fotoşəkli görəndə...

O fotoşəkli görəndə...

O fotoşəkli görəndə...

Bir çox tanınmışla yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dənizdə boğularaq cəsədi sahilə çıxan suriyalı uşağın fotoşəklinə münasibət bildirib. Ucarliyiq.biz xəbər verir ki, ABŞ-ın nüfuzlu “CNN” kanalına müsahibə verən Ərdoğan görüntüləri ailəsi ilə birlikdə izlədiyini və çox sarsıldıqlarını deyib. Ailəsi, övladları və nəvələri ilə birlikdə həmin şəkli gördüyü zaman “İnsanlıq hardadır, insanlığın vicdanı haradadır?” sualını verdiyini deyib və bu görüntülərin onları ağlatdığını ifadə edib.
Bundan əvvəl də Aralıq dənizinin coşğun sularında dəfələrlə çox sayda uşaq, ana və atanın boğulduğunu xatırladan Ərdoğan təkcə bu il sahil təhlükəsizlik qüvvələrinin Aralıq dənizində 50 mindən çox mültəcini xilas etdiyini bildirib.
“CNN” müxbirinin, “Bunun günahkarı kimdir?” sualını isə Ərdoğan “Qərb” deyə cavablandırıb.
“Mən hesab edirəm ki, bütün qərb dünyası bu məsələdə günahkardır.
Müxbirin, “Qərbi Aralıq dənizini qəbristanlığa çevirməkdəmi ittiham edirsiniz?” – sualına Ərdoğan, “Bu bir həqiqətdir” deyə cavab verib.
Aralıq dənizi ilə həmsərhəd olan ölkələrin bu insanları qəbul etmək istəmədiyini bildirən Türkiyə prezidenti ölkəsinin Suriyadan və İraqdan gələn 2 milyondan çox mültəciyə qapılarını açdığını deyib.
Yunanıstan, İtaliya, İspaniya, Fransa və Macarıstanın da analoji addımları ata biləcəklərini deyən Ərdoğan sözlərinin Almaniyaya da aid olduğunu vurğulayıb.
Ərdoğan ölkə administrasiyalarının məsuliyyət altına girərək müştərək bir əməliyyatla bu insanlara yaşamaq şansı yaratmalı olduqlarını deyərək, artıq bu fotoşəkli görmək istəmədiklərini vurğulayıb.
Ötən gün keçmiş futbolçu Hakan Şükür sosial şəbəkədəki səhifəsində həmin fotoşəkli paylaşaraq AylanKurdinin ölümünə görə Ərdoğanı ittiham etmişdi.