» » Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı

Dünya neft bazarında vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Rusiya prezidenti Vladimir Putin cümə günü Təhlükəsizlik Şurasının üzvləri ilə Suriyadakı vəziyyəti, dünya neft bazarındakı vəziyyəti, eləcə də rusiyadaxili problemləri müzakirə edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İclas zamanı Suriyadakı vəziyyətin, əsasən də Suriya-Türkiyə sərhədindəki vəziyyətin detallı müzakirəsi aparılıb”, - o deyib.

“O cümlədən də Energetika Nazirliyi xətti ilə xarici tərəfdaşlarla əlaqə fonunda dünya bazarlarındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb”, - Peskov bildirib.

Bundan başqa iclasda Rusiya daxili gündəmin sosial-iqtisadi məsələlərinə toxunulub.

İclasda Federasiya Şurasının spikeri Valentina Matvienko, Dövlət Dumasının sədri Sergey Narışkin, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FTX direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibinin müavini Raşid Nurqaliyev, Təhlükəsizlik Şurasının daimi üzvü Boris Qrızlov iştirak edib.