» » Rusiya Türkiyəyə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

Rusiya Türkiyəyə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

Rusiya Türkiyəyə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

“Ankaranın hərəkətləri regionda vəziyyət daha da gərginləşdirir”.

Rəsmi Moskva Ankaranın Suriyadakı vəziyyətlə bağlı son bəyanatlarından sonra BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmaq niyyətindədir. 

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

RF XİN nümayəndəsi Mariya Zaxarova jurnalistlərin suallarına cavab verərkən bildirib ki, Tüürkiyənin Suriyaya qoşun yeritməsi planları ilə əlaqədar regionda vəziyyət daha da gərginləşib.

“Biz İŞİD terrorçularının Suriya ərazisinə və orada terrorçu bazalarının yaradılmasından narahatıq. Bu Suriya münaqişəsi üzrə danışıqları zərbə altına qoyur”, - M.Zaxarova deyib.

Rəsmi Moskva həmçinin Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozan, BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Suriyada sülh prosesinin başlamasına yönəlmiş səylərə uyğun gəlməyən belə hərəkətlərin dayandırılmasını tələb edən qətnamə layihəsini müzakirəyə çıxaracaq.