» » Hər iki qolunu itirən 83 yaşlı qadın dözülməz şəraitdə yaşayır (VİDEO)

Hər iki qolunu itirən 83 yaşlı qadın dözülməz şəraitdə yaşayır (VİDEO)

Hər iki qolunu itirən 83 yaşlı qadın dözülməz şəraitdə yaşayır (VİDEO)

Bərdə yaşayan məcburi köçkün ailəsi şəraitsizliklə üz-üzə qalıb və nə vaxt ev ala biləcəyini aydınlaşdıra bilmir. ANS TV-nin məlumatına görə, danışmaqda belə çətinlik çəkən 83 yaşlı Əfruz Quliyeva əslən Kəlbəcərin Günəşli kəndindəndir. Doğma kəndi işğal olunanda Əfruz Quliyeva Bərdəyə pənah gətirir. 1995-ci ildə qatar qəzasınada hər iki qolunu itirən ağbirçək 20 ildir yataqdan qalxa bilmir.
Hazırda Əfruz Quliyeva oğlu, gəlini və iki nəvəsilə birgə Bərdənin Alaçadırlı kəndində inzibati binaların birində məskunlaşıb. Hər ay anasının dava dərmanına 400 manata qədər pul xərclədiklərini deyən Qoşqar Quliyev ailənin gəlirinin Əfruz Quliyevanın pensiyası da daxil olmaqla 300 manatdan çox olmadığını deyir.
Borc içində yaşadıqlarını deyən Quliyevlər ailəsinin məskunlaşdığı otaqda da şərait aşağı səviyyədədir.
Əfruz Quliyevanın oğlu Qoşqar Quliyev deyir ki, hamamımız, kanalizasiyamız, qazımız yoxdur: “Suyu isə yerdən ikinci mərtəbəyə qaldırırıq. Bir də qaytarıb həmin suyu yerə tökməyə məcburuq. Bina yayda isti, qışda isə soyuq olur. Binanın döşəməsi betondur.”
Ailə üzvləri xəstə qadının ağır şəraitdə yaşamasını nəzərə alaraq məcburi köçkünlər üçün yeni salınan qəsəbədən onlara ev verilməsini istəyir.
Əfruz Quliyevanın qızı Kifayət Əliyevanın sözlərinə gərə, yeni inşa olunan binalarda bunları yerləşdirməklə dönə-dönə xahiş edirik, bizi köçürməsələr də bunları köçürələr.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyindən şifahi olaraq bildirdilər ki, məcburi köçkünlərin evlə təmin edilməsi Dövlət Proqramına əsasən həyata keçirilir.
Alaçadırlı kəndində sözügedən inzibati binada məskunlaşan məcburi köçkünlər gələcəkdə rayon ərazisində salınacaq olan qəsəbələrdə evlə təmin ediləcək. Hamı kimi Quliyevlər ailəsi də növbələrini gözləməli olacaq.