» » Obama və Ərdoğan Rusiyaya müraciət etdilər

Obama və Ərdoğan Rusiyaya müraciət etdilər

Obama və Ərdoğan Rusiyaya müraciət etdilər

Telefon söhbəti baş tutub.

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Rusiyanı Suriyada müxalifət qüvvələrinə zərbələri dayandırmağa çağırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İki ölkə lideri, eləcə də Suriya hakimiyyətinə ölkə müxalifətinə hücumların dayandırılması tələbi ilə müraciət ediblər.

Onlar həmçinin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair razılığı dəstəkləyiblər.

Daha öncə Obamanın Türkiyəni Suriya kürdlərinə hücumlarını dayandırmağa çağırmasına dair məlumat yayılmışdı.