» » Hadit Çevik: Türkiyə tək başına Suriyaya ordu yeritməyəcək

Hadit Çevik: Türkiyə tək başına Suriyaya ordu yeritməyəcək

Hadit Çevik: Türkiyə tək başına Suriyaya ordu yeritməyəcək

Ankara beynəlxalq koalisiyanın tərkibində yerüstü əməliyyatlara başlayacaq.

Türkiyə hakimiyyəti Suriyaya tək başına ordu yeritməyə hazırlaşmır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Hadit Çevik bildirib.  

O qeyd edib ki, Ankara Suriya ərazisində yerüstü əməliyyata yalnız beynəlxalq koalisiyanın tərkibində və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq sanksiyası əsasında başlayacaq.

Onun sözlərinə görə, türk tərəfi Suriyanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, bununla yanaşı kürd silahlı qruplaşmaları tərəfindən atəşlərə cavab vermə haqqına malikdir.