» » Zakir Həsənov narahatlığını ifadə etdi (FOTO)

Zakir Həsənov narahatlığını ifadə etdi (FOTO)

Zakir Həsənov narahatlığını ifadə etdi (FOTO)

Ötən gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb.
Ucarliyiq.biz xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.
Zakir Həsənov narahatlığını ifadə etdi (FOTO)

Görüşdən foto
Həmçinin oxuyun: Zakir Həsənov və Alper Coşkundan türk birliyi mesajı