» » Rusiya gəmiləri Bakı limanına yan alacaq

Rusiya gəmiləri Bakı limanına yan alacaq

Rusiya gəmiləri Bakı limanına yan alacaq

Hərbi-dəniz təlimləri planlaşdırılır.

Xəzər donanmasının gəmiləri 2016-cı ildə Qazaxıstan, İran və Azərbaycan limanlarına yan alacaq, eləcə də birgə beynəlxalq yarış və təlimlər keçirəcəklər.

ucarliyiq.biz xəbər verir ki, Xəzər donanmasına komandanlıq edən kontr-admiral İqor Osipov, bu il donanmanın priroritet məsələsi Qazaxıstan-Rusiya hərbi-dəniz təlimlərində və “Qafqaz-2016” komandanlıq-qərargah strateji təlimdə iştirakı olacaq.  

“İlin ikinci yarısında Mahaçqalada yerləşən hərbi gəmi bölüyü “Adeks-2016” beynəlxalq hərbi-dəniz sərgisində iştirak etmək üçün İranın Bender-Ənzəli, Qazaxıstanın Aktau və Azərbaycanın Bakı limanlarına səfər edəcək”, - İ.Osipov deyib.

Öz növbəsində İran gəmilərindən ibarət qrup Həştərxana səfər edəcək.

Kontr-admiralın sözlərinə görə, gözəl ənənəyə çevrilmiş dostluq səfərlərində donanmanın üç-dörd gəmisi iştirak edəcək.