» » Neftin qiyməti bir barel üçün 200 dollara qədər bahalaşa bilər

Neftin qiyməti bir barel üçün 200 dollara qədər bahalaşa bilər

Neftin qiyməti bir barel üçün 200 dollara qədər bahalaşa bilər

Bu ehtimalı neft sektorunda sərmayə yatırımının dayandırılması ilə izah ediblər.

Ekvador prezidenti Rafael Korrea bəyan edib ki, neftin bir barelinin qiyməti 200 dollara qədər bahalaşa bilər.

ucarliyiq.biz RG.ru-ya istinadən xəbər verir ki, bu barədə ABI agentliyi məlumat yayıb.

Bu ehtimalı o, neft sektoruna sərmayələrin yatırılmasının dayandırılması, neftin qiymətinin ucuzlaşması ilə əlaqədar buruqların bağlanması ilə izah edib.

Bununla yanaşı, Ekvadorun rəhbəri qeyd edib ki, Rusiya və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar müsbət əlamətdir.

Xatırladaq ki, bu həftə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını 2016-cı il yanvar ayı səviyyəsində saxlamaq barədə razılığa gəliblər. Digər neft istehsalatçıları ölkələri də bu təşəbbüsə qoşulasalar neft hasilatı 2016-cı il yanvar ayı səviyyəsində saxlanılacaq. Qərarı Ekvador, Nigeriya, Oman və Küveyt dəstəkləyib.