» » İŞİD İraqda 150 nəfəri girov götürdü

İŞİD İraqda 150 nəfəri girov götürdü

İŞİD İraqda 150 nəfəri girov götürdü

Terrorçular evlərdə axtarışlar aparıblar.

İŞİD terror qruplaşması İraqın Əl-Fəluca şəhərində 150 yerli sakini girov götürüb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumatı RİA Novosti agentliyi Sky News Arabia telekanalına istinadən verib.

Telekanalın məlumatına əsasən, terrorçular evlərdə axtarışlar aparıblar. İraq höküməti iddia edir ki, terrorçuları Əl-Fəlucada sıxışdırmağa başlayıblar.

İŞİD komandanlığının bəzi nümayəndələri şəhərdən qaçıblar. Bunula belə şəhərin mərkəzi hissəsi əvvəlki kimi yaraqlıların nəzarəti altındadır.