» » Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin "Əfsanə"si Rusiyada (FOTO)

Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin "Əfsanə"si Rusiyada (FOTO)

Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin "Əfsanə"si Rusiyada (FOTO)

SSRİ və Azərbaycanın xalq artisti Arif Məlikovun Nazim Hikmətin liberettosuna bəstələmiş olduğu “Məhəbbət əfsanəsi” baletinin əsasında hazırlanmış "Əfsanə" adlı sənədli filmi Rusiyanın əsas mədəniyyət televiziyası "Rossiya Kultura"da nümayiş olunacaq.
Filmin rejissoru Gülər Tokgözün ANS PRESS-ə verdiyi məlumata görə, filmin primyerası sentyabrın 10-da Bakı vaxtı ilə saat 17.50-də, təkrarı isə sentyabrın 13-də, Bakı vaxtı ilə 15.05-də yayımlanacaq.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan filmdə Maya Plisetskaya, Yuriy Qrigoroviç, Valeriy Qerqiev, Türkiyənin balet ustası Meriç Sümen, Türkan Şoray kimi dünyaca məşhur simalar, həmçinin bəstəkar Arif Məlikov çəkilib.
Çəkilişləri Bakı, Moskva və İstanbulda aparılan filmi Rusiyanın xalq artisti, Nikolay Tiskaridze təqdim edir.

"Məhəbbət əfsanəsi" - film-balet (1969)
Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin "Əfsanə"si Rusiyada (FOTO)

Türkan Şoray - məşhur türk aktrisası
Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin "Əfsanə"si Rusiyada (FOTO)

Arif Məlikov - SSRİ və Azərbaycanın xalq artisti
Arif Məlikovun "Məhəbbət əfsanəsi"nin "Əfsanə"si Rusiyada (FOTO)

Nikolay Tiskaridze - Rusiyanın xalq artisti