» » Moskvada Ramin Sultanovun ticarət mərkəzi sökülür - VİDEO

Moskvada Ramin Sultanovun ticarət mərkəzi sökülür - VİDEO

Moskvada Ramin Sultanovun ticarət mərkəzi sökülür - VİDEO

Tikli sahibi tərəfindən demontaj olunur.

Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşı Ramin Sultanova məxsus olan “Piramida” ticarət mərkəzinin söküntüsünə başlanılıb.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin sökülməsi üçün “Tverskoy” küçəsinə xüsusi texnika gətirilib.

Bina, 104 ən təhlükəli tikili siyahısına düşdüyü üçün, sahibi tərəfindən demontaj olunur.

90-cı illərdə ticarət mərkəzi inşa etdirən “Piramida-2000” şirkəti bu yaxınlarda bütün binanın satışı üzrə saziş bağlayıb, sərfəli məbləği alıb və indi obyektin taleyini yeni sahibi həll edəcək.

Rusiya reyestrinin məlumatına görə, fevral ayının əvvəlindən iki-üç ticarət mərkəzinin sahibi dəyişib. Təxminən 1000 kvadratmetr sahəsi olan ticarət məkəzinin sahibi artıq “Piramida-2000” MMC deyil, Azərbaycan vətəndaşı Ramin Bəşir oğlu Sultanlıdır.