» » Samsung Galaxy S7 və Galaxy S7 Edge təqdim etdi

Samsung Galaxy S7 və Galaxy S7 Edge təqdim etdi

Samsung Galaxy S7 və Galaxy S7 Edge təqdim etdi

Smartfonlar Android Marshmallow 6.0 ilə işləyəcəklər.

Mobile World Congress mobil texnologiyalar sərgisində Samsung flaqman smartfonlarının yeni nəslini Galaxy S7 və S7 Edge təqdim edib.

Smartfonlar haqqında detallı məlumatı The Verge təqdim edib, ucarliyiq.biz xəbər verir.  

Samsung Galaxy S7 xətti ümumilikdə əvvəlki nəsildə təqdim edilmiş dizayner ənənlərini davam edir. Galaxy S7 smartfonu 5,1 düymlük QHD displeyi saxlayıb, S7 Edge isə 5,5 düymlük ekrana sahibdir.

Smartfonlar Android Marshmallow 6.0, standart TouchWiz interfeysi ilə işləyəcəklər. qurğunun operativ yaddaşı 4 Gb, əlavə olaraq 32 Gb microSD kart da mövcuddur.

Regiondan asılı olaraq smartfonlar prosessor kimi Snapdragon 820 və yaxud da Exynos alırlar.

Akkumlyatorların həcmi artırılıb, S7 3000 mAç, S7 Edge – 3600 mAç olub. Sürətli və naqilsiz enerji yığma imkanı mövcuddur.

Qurğunun əsas kameralarında meqopiksellərin sayı 16 Mp-dən 12 Mp-yə qədər azalıb, amma kameranın sensoru yaxşılaşdırılıb, indi o daha çox işıq əhatə edə bilir.

Smartfonlar həmçinin Always-On Display funksiyasına malikdir, bu zaman smartfonun displeyi hətta blok zamanı belə aktivdir.

Ekran bildirişləri, buraxılan zəngləri və vaxtı göstərəcək. Bundna başqa aparat standart  IP68 sukeçirməzliyə malikdirlər, bu xüsusiyyət qurğulara 1,5 metr dərinlikdə suyun altında yarım saat qalma imkanı verir.

Məlumata görə Galaxy S7 və S7 Edge ABŞ-da satışa mart ayının 11-də çıxarılacaq, ilkin sifarişlər fevralın 23-dən başlayacaq.