» » Erik Davidıç Moskvada saxlanıldı

Erik Davidıç Moskvada saxlanıldı

Erik Davidıç Moskvada saxlanıldı

Avtomobil cəmiyyətinin lideri film çəkdi.

“Smotra.ru” avtomobil cəmiyyətinin təsisçisi Erik Kituaşvili bu gün Moskvada saxlanılıb.

ucarliyiq.biz lifenwes-a istinadən xəbər verir ki, onun vəkili Sergey Jorinin sözlərinə görə, Kituaşvilini polis bölməsinə aparıblar, onunla hələlik əlaqə qurmaq mümkün olmayıb.

“Dünən axşam onunla bərabər “Uryuk” restoranında şam edirdik, ayrılanda hər şey normal idi. Bu gün isə o, zənglərə cavab vermir”, - vəkil deyib.

Onun sözlərinə görə, Kituaşvilini “Fırıldaqçılıq” maddəsi ilə saxlaya bilərlər, bu yalnız Jorinin ehtimalıdır, rəsmi təsdiq hələlik yoxdur.

Xatırladaq ki, bu yaxınlarda avtomobil cəmiyyətinin lideri YPX-də korrupsiya haqqında film çəkib. “Davidıça ov. Şəxsi heç nə yoxdur” filmi şəbəkədə dekabrın 21-də yerləşdirilib bir sutka ərzində filmə 1,5 milyon nəfər baxıb.

www.oxu.аz