» » Saakaşvili: Azərbaycan əhalisinin yarısını qazsız qoyaraq bizi isitdi

Saakaşvili: Azərbaycan əhalisinin yarısını qazsız qoyaraq bizi isitdi

Saakaşvili: Azərbaycan əhalisinin yarısını qazsız qoyaraq bizi isitdi

O, Gürcüstan hakimiyyətini “Qazprom” ilə danışıqlara görə qınayıb.

Gürcüstanın sabiq prezidenti, hazırda Odessa Dövlət Administrasiya dairəsinin rəhbəri Mixael Saakaşvili gürcü milyarderi, sabiq baş nazir Bidzina İvanaşvilini riyakarlıqda ittiham edib.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, oliqarx “Qazprom”un səhmdarı olmadığını deyərək riyakarlığına davam edir.   

“Əsas rusiyayönümlü şəxs Bidzina İvanaşvilidir, o, “Qazprom”un baş özəl səhmdarıdır. “Qazprom”da səhmlərinin olmadığını dedikdə yalan danışırdı. Amma İsveçrədə xüsusi hesabat dərc edilib, həmin hesabata görə, onun “Qazprom”un özəl səhmdarı olaraq qaldığı göstərilir.

O, sizi aldadır. “Qazprom”un səhmdarı Kremldən birbaşa sərəncamlar alır. Əks təqdirdə, DTK “Qazprom”a kimisə yaxın buraxardı?!”, - Saakaşvili “Rustavi2” telekanalına verdiyi müsahibədə deyib.

O, həmçinin ölkə əhalisinə Gürcüstanın ən çətin anlarında “Azərbaycan əhalisinin yarısından çoxunu qazsız qoyaraq bizi isitdi”yini xatırladıb.

“Yəni bizim yaddaşımız bu qədər zəifdir, biz “Silknet”ik?! 2005-ci ildə “Qazprom” bütün Gürcüstanın qazını kəsdi, xirtdəyimizə dirəndi, Azərbaycan isə əhalisinin yarısının qazını kəsərək bizi isitdi. Daha sonra bizə müqavilə verdi, dünyada heç yerdə qaz belə ucuz qiymətə deyil. Biz isə yenidən Gürcüstanı yarı yolda qoyanlara yaxınlaşdıq.

Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Düşünməlidir ki, biz qədirbilməz xalqıq? Xalqı yəqin ki, günahlandırmazlar, amma bu xalqın qədirbilməz rəhbərliyi var. Bu, faktdır”, - Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarına şərh bildirən Saakaşvili deyib.