» » İŞİD yaraqlıları Suriya ordusunu yeganə təchizat yolunu kəsdi

İŞİD yaraqlıları Suriya ordusunu yeganə təchizat yolunu kəsdi

İŞİD yaraqlıları Suriya ordusunu yeganə təchizat yolunu kəsdi

Hökumət qoşunları geri çəkilməyə məcbur qaldılar.

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları Hələbdə Suriya ordusunun təchizat üçün istifadə etdiyi yeganə yolu kəsiblər.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Al Masdar” məlumat yayıb.

Telekanalın məlumatına görə, terrorçular fevral ayının 21-də axşam Milli müdafiə qüvvələrinin mövqelərini Hələb əyalətinin cənubi-şərqində yerləşən Rasm ən-Nafal yaşayış məntəqəsi ərazisində atəşə tutublar. Hökumət qoşunları geri çəkilməyə məcbur olublar.

Yaxın saatlarda Suriya ordusunun İŞİD yaraqlılarını yaşayış məntəqəsindən çıxarmaq üçün  əks hücuma keçməsi gözlənilir.

Hələb vilayətində irimiqyaslı hücumlar gedir, Suriya ordusunu bu hücumları İslam inqilabının müdafiəçiləri korpusuna məxsus general Kasem Suleymaninin rəhbərlik etdiyi İran hissələri tərəfindən dəstəklənir.

Hücumların əsas məqsədi, türk sərhədi yaxınlığına yerləşən və islamçıların qismən nəzarət etdikləri Hələb şəhərinin təmizlənərək təcrid edilməsidir.