» » Türkiyə Suriya torpaqlarında döyüşməkdən imtina etdi

Türkiyə Suriya torpaqlarında döyüşməkdən imtina etdi

Türkiyə Suriya torpaqlarında döyüşməkdən imtina etdi

BMT-nin müvafiq icazəsi olmadan.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Suriyada yerüstü əməliyyatın keçirilməsinə dair məsələnin gündəmdə olmadığını bidlirib, ucarliyiq.biz Reuters-ə istiandən xəbər verir. .

Çavuşoğlu həmçinin qeyd edib ki, Suriyada istənilən yerüstü əməliyyatda koalisiyanın bütün üzvləri işitrak etməlidirlər.

Daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Hadit Çevik ölkəsinin Suriyaya təkbaşına qoşun yeritməyəcəyini bildirmişdi.

O, qeyd etmişdi ki, Ankara Suriya ərazisində yerüstü əməliyyatlara yalnız beynəlxalq koalisiyanın və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq sanksiyaları əsasında başlayacaq.