» » Qazaxıstanda aparıcı jurnalistlər saxlanılıb

Qazaxıstanda aparıcı jurnalistlər saxlanılıb

Qazaxıstanda aparıcı jurnalistlər saxlanılıb

“Onların təqibinin əsas məqsədi açıq dialoq pəncərəsinin bağlanması idi”.

Qazaxıstanda Milli Mətbuat Klubunun prezidenti, Qazaxıstan Jurnalistlər İttifaqının rəhbəri Seytqazı Matayev və KazTAQ informasiya agentliyinin rəhbəri Aset Matayev saxlanılıb.

ucarliyiq.biz “Novosti-Kazaxstan”a istinadən xəbər verir ki, bu barədə “Adil söz” Beynəlxalq söz azadlığının müdafiəsi fondu məlumat yayıb.

“Bu gün saat 9:30-da Milli Mətbuat Klubunun prezidenti Seytqazı Matayev və KazTAQ informasiya agentliyinin rəhbəri Aset Matayev saxlanılıb”, - məlumatda deyilir.

“İşin materiallarına görə, onların təqibinin əsas məqsədi, KazTAQ-ın dərc etdiyi materiallara dövlət nəzarəti üçün açıq dialoq pəncərəsinin bağlanması və Qazaxıstan Jurnalistlər İttifaqının ictimai fəallığının azalması olduğu ehtimal edilir”, - məlumatda deyilir.

Fondun məlumatına görə, Seytqazı Matayev rəsmi olaraq dövlət büdcəsində milyonluq mənimsəmədə və Alma-Atada Milli Mətbuat Klubunun qanunsuz rekonsturksiyasında ittiham  edilir. Aset Matayev dövlət informasiya sifarişini yerinə yetirərkən milyonluq mənimsəmədə ittiham edilir.