» » Əfqanıstanda 14 nəfər terrorun qurbanı oldu

Əfqanıstanda 14 nəfər terrorun qurbanı oldu

Əfqanıstanda 14 nəfər terrorun qurbanı oldu

Hücum zamanı 11 nəfər yaralanıb.

Əfqanıstanın Parvan vilayətində terrorçu-kamikadzenin xəstəxanaya hücumu zamanı 14 nəfər ölüb, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

Terror aktına görə məsuliyyəti öz üzərinə “Taliban” döyüşçüləri götürüblər. Yaraqlılar bildiriblər ki, onların əsas hədəfi yerli polis rəisi olub. Mülki vətəndaşlar arasında itkilərin olmasına səbəb hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılan atəş olub.

Rəsmi məlumata əsasən, ölənlərdən altısı polis işçisidir. Həmçinin terror aktı zamanı 11 nəfərin yaralandığı bildirilir.