» » Kanadanın baş naziri gey-paradda iştirak edəcək

Kanadanın baş naziri gey-paradda iştirak edəcək

Kanadanın baş naziri gey-paradda iştirak edəcək

“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm”.

Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.

Parad iyulun 3-də baş tutacaq. Hazırkı baş nazir bu qəbildən olan tədbirdə iştirak edən ilk baş nazir olacaq.  

“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə artıq baş nazir qismində”, - Tryudo gey-paradda öz iştirakını Twitter-dəki mikrobloqunda  şərh edib.

Tryudodan başqa paradda Kanadanın maliyyə naziri Bill Morno, Ontarionun baş naziri Ketlin Uinn və Torontonun meri Con Tori iştirak edəcək.