» » ABŞ nefti daha da ucuzlaşdırmaqda israrlıdır

ABŞ nefti daha da ucuzlaşdırmaqda israrlıdır

ABŞ nefti daha da ucuzlaşdırmaqda israrlıdır

“Biz Amerikadan başqa hamı ilə danışıqlar aparırıq”.

Neft ixracatçılarının təşkilatı OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələr ilə neftin yanvar səviyyəsində dondurulmasına dair danışıqlar aparır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “CERA Week” çərçivəsində kartelin baş katibi Abdalla Salem Əl-Bədri bildirib.

“Biz Amerikadan başqa hamı ilə danışıqlar aparırırq”, - ekspertlərin müzakirəsi çərçivəsində hasilatın dondurulmasında kimin iştirak etməsinə dair suala cavab verərkən bildirib.

“Energy Intelligent Group”un proqnozuna görə, 2016-cı ildə ABŞ digər ölkələrdən fərqli olaraq neft hasilatını artıracaq.

OPEK-ə daxil olmayan ölkələr arasında artımın ümumi həcmində payı 60% və ya gündəlik 500 min tondur.

Beləliklə də Amerika ilə razılaşma, neftin bolluğunu kəskin gözə çarpdığı bazarın sabitləşdirilməsinə gətirib çıxara bilərdi.