» » “WikiLeaks” Milli Təhlükəsizlik Agentliyinin təqiblərindən yazdı

“WikiLeaks” Milli Təhlükəsizlik Agentliyinin təqiblərindən yazdı

“WikiLeaks” Milli Təhlükəsizlik Agentliyinin təqiblərindən yazdı

Bəzi sənədlər “ən yüksək məxfilik dərəcəsinə” malikdir.

Milli Təhlükəsizlik Agentliyi BMT baş katibi Pan Gi Mun ilə Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin Merkel və Berluskoni ilə telefon danışıqlarını dinləyib.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə fevral ayının 23-də “WikiLeaks” saytında məlumat yayılıb.

Qeyd edilir ki, BMT baş katibi ilə Almaniya kansleri iqlim dəyişikliyindən danışıblar. Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə ünsiyyət qurmaq üçün Silvio Berluskonidən yardım istəyib. 

“WikiLeaks” məlumatında adı keçən görüşlərdən biri Fransa prezidenti Nikolya Sarkozi və Berluskoni arasında olub. Nikolya Sarkozi isə Berluskonini İtaliya iqtisadiyyatının bərbad vəziyyətə düşəcəyi barədə xəbərdar edib. 

Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlər və Yaponiyanın ticarət nazirlərinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqları da dinlənilib. 

Bəzi sənədlər “mediada dərc edilən sənədlər arasında ən yüksək məxfilik dərəcəsinə” malikdir.