» » Alman futbolçu “Mercedes” sevgisinə görə cərimələndi

Alman futbolçu “Mercedes” sevgisinə görə cərimələndi

Alman futbolçu “Mercedes” sevgisinə görə cərimələndi

“Bu Folksvagen fərqli görünüşə malikdir”.

Almaniyanın “Volfsburq” klubunun oyunçusu, danimarkalı Niklas Bendtnerə qarşı sosial şəbəkədə “nalayiq davranışa” görə cərimə sanksiyaları tətbiq edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb.

Bir neçə gün öncə 28 yaşlı futbolçu İnstagram sosial şəbəkəsindəki səhifəsində “Mercedes-Benz S-class” avtomoilinə oturmağa hazırlaşdığı zaman çəkilən şəkil yerləşdirib. Klub digər alman şirkəti “Volkswagen”ə məxsusdur. Klubun qaydalarına görə, oyunçular digər brendlərin avtomobillərinə olan rəğbətlərini açıq şəkildə nümayiş etdirməməlidirlər.

“Bu, yolverilməz hərəkətdir, nəticədə bu ona (Bendtnerə) baha başa gələcək”, - vəziyyəti şərh edən Klaus Allofs bildirib.

Şəkli şərh edən istifadəçilər “Bu folksvagen fərqli görünüşə malikdir” kimi zarafatlar ediblər. Digər istifadəçi isə VW konserninin tərkibinə daxil olan “Bugatti” markalı maşını almağı məsləhət görüb.

2012-ci ildə “Bendtneri” bukmekr şirkətinin loqotipi olan alt paltarına görə, 80 min funt sterlinq cərimə edilib.