» » Neft daha heç zaman 60 dollardan baha olmayacaq

Neft daha heç zaman 60 dollardan baha olmayacaq

Neft daha heç zaman 60 dollardan baha olmayacaq

OPEK-in baş katibi Abdulla Əl-Bədri belə hesab edir.

Neftin qiyməti bir barel üçün 60 dollardan yuxarı qalxmayacaq, səbəb ABŞ frekinqidir. 

ucarliyiq.biz “pronedra.ru”ya istinadən xəbər verir ki, bu barədə OPEC-in baş katibi Abdulla Əl-Bədri bəyan edib.

Belə ki, xammalın dəyərinin artması, avtomatik olaraq Amerikanın şist neftinin hasilatının bərpasına gətirib çıxaracaq.

O, bu vəziyyətdən çıxış yolunu görmədiyini deyib. Neftin qiymətinin 2017-ci və ya 2018-ci ildə 60 dollar həddinə çatması ABŞ-da buruqların işə düşməsinə və şist neftinin hasilatının artırılmasına gətirib çıxaracaq. Belə şərtlərdə xammalın yenidən emalının məhdudlaşdırılmasına dair fayda verməyəcək.

Neft kartelində bəyan ediblər ki, Vaşinqton inadla OPEK nümayəndələri ilə əlaqəyə girmir.