» » Lukaşenko: Belarusda hakimiyyəti dəyişmək mümkün olmayacaq

Lukaşenko: Belarusda hakimiyyəti dəyişmək mümkün olmayacaq

Lukaşenko: Belarusda hakimiyyəti dəyişmək mümkün olmayacaq

“Yeni əsr bəşəriyyətə müharibələrdən xilasolma bəxş etməyəcək”.

Daxili qüvvələr, etiraz əhval-ruhiyyəsinə ümid edərək Belarusda hakimiyyətin dəyişdirilməsinə müvəffəq olmayacaq.

ucarliyiq.biz “Belta”ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Minskdə ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.

“Son illərin bütün hərbi münaqişələri bir xüsusiyyəti nümayiş etdirir. Söhbət daxili təhlkələri xarici mənbələr ilə realizə etməkdən gedir. Bu isə bir qayda olaraq hakimiyyəti dəyişir, dövlətin dağılması ilə başa çatır. Bu ssenari bizim üçün yolverilməzdir. Baxmayaraq ki, bu ssenarinin Belarusda oynanılmasına cəhd edilmişdi”, - Lukaşenko ali zabit təbəqəsinə rütbələrin təqdim edilməsi mərasimində bildirib.

O qeyd edib ki, yeni əsr bəşəriyyətə müharibələrdən xilasolma bəxş etməyəcək, qlobal gərginlik davam edir. Prezidentin sözlərinə görə, son illərin hadisələri aşkar şəkildə dünyanın yeni reallığa, konfrontasiyanın bir dəqiqə belə səngimədiyi dövrə qədəm qoyduğunu nümayiş etdirir.

“Zorakılıq üsullarının qeyri-hərbi sahələrdə (əsasən iqtisadi, maliyyə, informasiya) sistematik istifadəsi müasir müharibənin mahiyyətini dəyişib”, - Belarus lideri deyib.