» » Azərbaycana gələn terrorçu yolda partladıldı – TƏFƏRRÜATLAR

Azərbaycana gələn terrorçu yolda partladıldı – TƏFƏRRÜATLAR

Azərbaycana gələn terrorçu yolda partladıldı – TƏFƏRRÜATLAR

Murliyev bilmirdi ki, ondan kamekadze kimi istifadə edəcəklər.

Dərbənd rayonunun “Cimikənd” yol-patrul xidməti postunun yaxınlığında fevral ayının 16-da partlayan terrorçu ondan kamekadze kimi istifadə edəcəklərini bilmirdi.

ucarliyiq.biz “VestaNews”a istinadən xəbər verir ki, istintaq müəyyən edib ki, Məhəmmədəli Murliyevin əlbirləri gizlicə onun maşına partlayıcı qoyublar. Həmin maşın YPX postunun yaxınlığında partlayıb. Murliyevin bu avtomobildə Azərbaycana getmək istəyirdi.

Mütəxəssislərin dəyərləndirməsinə görə, partlayıcının qüvvəsi tratil ekvivalentində 30 kq olub. “VAZ-2109” markalı avtomobilə partlayıcı maddə qoyulub. Terror aktına görə məsuliyyəti Abutin Xanməhəmmədovun İŞİD-ə qoşulan “Cənubi” qruplaşması öz üzərinə götürüb.  

Məlumata görə, 25 yaşlı Məhəmmədəli Murliyev Dağıstanda fəaliyyət göstərən cinayətkar qrupun üzvüdür.

Son zamanlara qədər Murliyev öz tərəfdaşları ilə meşələrdə gizlənirdi. O yaralandığı və tibbi yardıma ehtiyacı olduğu üçün dostları Məhəmmədəliyə Azərbaycana qaçmağa yardım edəcəklərini vəd veriblər.

Maşında partlayıcının olduğunu bilməyən Məhəmmədəli Azərbaycana yol düşür. Partlayıcı qurğu uzaqdan komanda ilə işə salınıb. Belə ki, sürücü maşında gizlədilən bombanı işə salmaq imkanına malik deyildi, bunu jurnalistlərə mənbə bildirib.

Murliyevin qardaşı Feliks Murliyev bəyan edib ki, Məhəmmədəli dəfələrlə yorulduğunu deyirdi, könüllü təslim olma və Suriyaya getmək seçimi arasında qalmışdı.