» » Rusiyalı məmur Azərbaycan pasportu təqdim etdi

Rusiyalı məmur Azərbaycan pasportu təqdim etdi

Rusiyalı məmur Azərbaycan pasportu təqdim etdi

O, fırıldaqçılıqda ittiham edilir.

Belarusda pasport rejimini pozduğuna görə, saxlanılan Dağıstanın Kumtorkalinsk rayonunun rəhbəri Ruslan Toturbiyev məhkəmədən və hökmün icrasından sonra Rusiyaya ekstradisiya ediləcək.

ucarliyiq.biz “Kavkazski uzel”ə istinadən xəbər verir ki, bu barədə Homel vilayət prokurorluğunun nümayəndəsi bildirib.

Saxlanılan məmurda arasında Azərbaycan pasportu da olan bir neçə saxta pasport olub.

Dağıstanın Kumtorkalinsk administrasiyasının rəhbəri və daha yeddi məmuru 2015-ci ilin mart ayında məhkəmə qarşısına çıxıb. Onların bir neçəsi 162 milyon rublun mənimsənilməsi işi üzrə fırıldaqçılıqda, bəziləri isə vəzifə saxtakarlığında ittiham edilirlər. Qrupun ehtimal edilən rəhbəri müvəqqəti olaraq işindən kənarlaşdırılan rayon rəhbəri Ruslan Toturbiyev göstərilib.  

“Belarus seqodnya” qəzetinin məlumatına görə, Toturbiyev 2014-cü ilin sonunda Belarusun Dobruşsk rayonunda saxlanılıb. O, İvan Stavilo adına Moldova pasportu təqdim edib. Sənəd saxta olub. Bundan sonra Belarusa Azərbaycan vətəndaşlığını göstərən sənədlər zərfi gəlib.

Daha sonra isə nəşrin məlumatına görə, saxlanılan şəxs Ukrayna pasportunu təqdim etməyə cəhd edib.

Toturbiyevin saxlanılmasına dair Rusiya hüquq-mühafizə orqanlarından, eləcə də Dağıstan hakimiyyətindən şərh verilməyib.