» » Kadırov Stalin və Beriyanı lənətlədi

Kadırov Stalin və Beriyanı lənətlədi

Kadırov Stalin və Beriyanı lənətlədi

“Böyük Vətən müharibəsi cəbhələrində milyonlarla əsgər və zabit həlak olub”.

Çeçenistan rəhbəri Ramzan Kadırov sürgünün qurbanlarının xatirəsinin anma günündə İsoif Stalini və Lavrenti Beriyanı çeçen xalqına etdiyi zülmə görə lənətləyib.

ucarliyiq.biz xəbər verir ki, o, bu barədə öz İnstagram səhifəsində yazıb.

Çeçenistanda fevral ayının 23-də çeçen xalqının sürgünü anılır. O qeyd edib ki, 72 il öncə Stalin çeçen və inquş xalqlarını sürgün edib.

“Əməliyyata Lavrenti Beriya rəhbərlik edib. Onların ikisinə də lənət olsun! Böyük Vətən müharibəsi cəbhələrində milyonlarla əsgər və zabit həlak olub, Stalin isə çeçen xalqını qırmaq üçün 120 min adam yollayıb. Əməliyyat zamanı 800 Çeçenistan sakini güllələnib”, - Kadırov yazıb və çeçen xalqı əhalsinin 54%-ni itiridiyini qeyd edib.

O həmçinin qeyd edib ki, “uzun illər sonra kütləvi qırğınlara və dağıntılara gətirib çıxaran “məsuliyyətsiz intriqantların günahı ucbatından” Çeçenistanda iki müharibə törədildi.