» » Obama Yaponiyanın Baş nazirindən Rusiyaya getməməyi xahiş etdi

Obama Yaponiyanın Baş nazirindən Rusiyaya getməməyi xahiş etdi

Obama Yaponiyanın Baş nazirindən Rusiyaya getməməyi xahiş etdi

“İndi vaxtı deyil”.

ABŞ prezidenti Barak Obama Yaponiyanın Baş naziri Sindzo Abe ilə telefon danışığı zamanı ondan Rusiyaya səfər etməməyi xahiş edib.

ucarliyiq.biz-ın “Reuters”ə istinadən xəbərinə görə, Sindzo Abenin Moskvaya səfəri mayın əvvəllərinə planlaşdırılıb.

Nəşrin məlumatına əsasən, siyasətçilər arasında telefon danışığı fevralın 9-da baş tutub. “İndi vaxtı deyil”, - agentlik Obamanın sözlərindən sitat gətirir. 

“Kyodo” portalının məlumatına görə, Abe ABŞ prezidenti ilə razılaşmayıb, və danışıqlar nəticəsiz başa çatıb.

Amerika və Yaponiya liderlərinin danışıqları barədə “The Japan Times” da yazır.

Nəşr qeyd edir ki, Obama Abedən səfərini mayın sonlarında Yaponiyada keçiriləcək “Böyük yeddiliyin” sammitindən sonraya təxirə salmağı xahiş edib. 

Lakin yaponiyalı Baş nazir Moskva və Tokionun bir sıra məsələləri müzakirə etməsinin vacibliyini vurğulayıb.