» » Türkiyə Bolqarıstan konsulunu qovdu

Türkiyə Bolqarıstan konsulunu qovdu

Türkiyə Bolqarıstan konsulunu qovdu

Sofiya türk attaşesini persona non-qrat elan etdi.

Sofiyanın türk attaşesini persona non-qrat elan etdiyi üçün Ankara Bolqarıstan konsulunu ölkədən göndərmək qərarına gəlib.

ucarliyiq.biz “Hurriyet daily news”a istinadən xəbər verir.

“Türkiyə Bolqarıstanın türk baş konsulluğunun attaşesini persona non-qrat elan etdiyi üçün Bolqrıstanın konsulu Zornitsa Petrova Apostolavanı ölkədən göndərmək qərarına gəlib”, - məlumatda deyilir.

Qeyd edildiyi kimi, Bolqarıstanın Xarici İşlər Nazirliyi Türkiyəyə etiraz notası göndərərək türk attaşesi Uğur Emiroğlunun konsulluqdakı vəzifəsindən çıxmasını tələb edib. Türk diplomatını Bolqarıstanın daxili işlərinə qarışmaqda ittiham ediblər.

Cavab olaraq Türkiyə Apostolovanı persona non-qrat elan edərək ölkəni tərk etməsini istəyib, nəticədə hər iki diplomat xidməti yerlərindən göndəriliblər.

Nəşr qeyd edir ki, vəziyyət, Aİ-dən fərqli olaraq Bolqarıstan Moskva ilə əlaqə saxlaması fonunda  Ankara və Sofiya arasında əlaqələrin pozulmasını göstərir.