» » Amerikalı 3 qohumunu güllələdi və evi yandırdı

Amerikalı 3 qohumunu güllələdi və evi yandırdı

Amerikalı 3 qohumunu güllələdi və evi yandırdı

Azyaşlı qız uşağı isə ağır yaralanıb.

ABŞ-ın Arizona ştatının Finiks şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, atəş açan şəxs özüdə ölüb.

Hüquq-mühafizə orqanları hesab edirlər ki, söhbət məişət mübahisəsi zamanı yaranan anlaşılmazlıqdan gedir.

Naməlum kişi öz qohumlarını güllələyərək öldürüb, azyaşlı qız uşağı isə ağır yaralanıb.

“O, xəstəxanaya yerləşdirib, vəziyyəti kritikdir”, - polis çavuşu Trent Kramp deyib.

Polisin məlumatına görə, cinayətkar hadisədən sonra evi yandırıb. 

Hadisənin təfərrüatları dəqiqləşdirilir.