» » Moskvada 5 miqrant bir qadını zorladı

Moskvada 5 miqrant bir qadını zorladı

Moskvada 5 miqrant bir qadını zorladı

Onlar qadını armaturla hədələyiblər.

Moskvada Serqey Radonejski küçəsində yerləşən binaların birinin zirzəmisində bir qrup kişi qadını zorlayıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin rəsmi saytında yerləşdirilib.

Məlumata əsasən, faktla bağlı artıq cinayət işi açılıb. 

İstintaqın versiyasına görə, fevralın 22-də yaşayış binasının yaxınlığında naməlum şəxslər 49 yaşlı qadını güc tətbiq edərək binanın zirzəmisinə aparıblar. Burada qadını armatur ilə hədələyərək zorlayıblar.

Cinayətdə şübhəli bilinən beş nəfər saxlanılıb. 

“RİA Novosti” nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumatına əsasən, saxlanılanların hamısı Qırğızıstan vətəndaşlarıdır.