» » Ata Ankarada partlayış törədən oğlunu tanıdı

Ata Ankarada partlayış törədən oğlunu tanıdı

Ata Ankarada partlayış törədən oğlunu tanıdı

Kişinin DNT-si yaraqlının DNT-si ilə eynidir.

Ankarada fevral ayının 17-də terror aktı törədən kamekadze Türkiyə vətəndaşı Əbdülbaki Somerdir.

ucarliyiq.biz Hürriyet-e istinadən xəbər verir ki, KİV dərc edilən şəkillərdən onun atası Musa Someri tanıyıb. Bununla yanaşı, terror aktı yerindən götürülən DNT kişinin DNT-si ilə eynidir.

Qeyd edək ki, əvvəllər partlayışı törədən şəxsin adının Salih Necər olduğu bildirilirdi.

Xatırladaq ki, fevralın 17-də Ankaranın mərkəzində minalanmış avtomobil partlayıb. Son məlumata görə, 28 nəfər ölüb, 61 nəfər yaralanıb.