» » Erik Davidıçı döyüblər? – FOTO

Erik Davidıçı döyüblər? – FOTO

Erik Davidıçı döyüblər? – FOTO

Vəkil öz müvəkkilinin həyatı üçün qorxur.

Bazar günü Moskvada saxlanılan məşhur stritreyser Erik “Davidıç” Kituaşvilinin vəkili Sergey Jorin öz “Tvitter” səhifəsində müdafiə etdiyi şəxsin məhkəmə zalında çiynində böyük əzik yeri olan şəklini paylaşıb.

ucarliyiq.biz xəbər verir ki, fotoya “Davidıç məhkəmədədir, sualınız var?” şərhi yazılıb.

Moskvanın Tversk məhkəməsinin iclasından sonra vəkilin LifeNews-a verdiyi müsahibəsində Davidıçın həyatı üçün narahat olduğunu deyib. Hazırda vəkil Kituaşvilinin hansı təcridxanaya yerləşdirildiyini bilmir, amma onun təhlükəsizliyini təmin edəcəklərinə ümid edir.

“Niyə onun həyatı üçün qorxuram? O, çox ciddi iş aparıb və bu işdən çoxları narazı idi, - Jorin deyib. – Mən ümid edirəm ki, onu meşəyə deyil, təcridxanaya aparıblar və onun təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiriləcək. Biz ondan narahat oluruq ki, həyatsevər bir insan birdən-birə təcridxanada intihar etmək fikrinə düşər”.

Sergey Jorin, eləcə də bəyan edib ki, Erik Kituaşvilinin Moskva Dövlət Avtomobil Müffəttişliyində korrupsiya haqqında yeni filmi müəllifin həbsinə baxmayaraq, işıq üzü görəcək.

Vəkilin sözlərinə görə, film “partlamış bomba effekti” verəcək.

Xatırladaq ki, Moskvanın Tversk rayon məhkəmsi, bu gün “Smotri.ru” avtomobil cəmiyyətinin təsisçisi Erik Kituaşvilini iki ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Daha sonra ona qarşı sığorta şirkətlərindən birinə məxsus iri məbləğdə pulu mənimsəməkdə ittiham irəli sürülüb. Kituaşvili öz həbsini Moskvada DAM korrupsiya ilə filmlə əlaqələndirir.

Erik Davidıçı döyüblər? – FOTO