» » Fidel Kastronun qardaşı ölüb

Fidel Kastronun qardaşı ölüb

Fidel Kastronun qardaşı ölüb

O, kənd təsərrüfatı və şəkər nazirliyində işləyirdi.

Kubalı inqilabçı Fidel Kastronun və hazırkı ada dövlətinin prezidenti Raul Kastronun qardaşı Ramon Kastro həyatının 92-ci ilində vəfat edib.    

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Granma” qəzeti yazır.

Nəşrin məlumatına görə, Ramon Kastronun qalıqları kremasiya edilib. Ölüm səbəbləri açıqlanmır.  

Ramon Kastronun ləqəbi Monqo idi, o, Kuba inqilabının əsas fiqurlarından biri olub. Hərbi əməliyyatlarda iştirak etməyib. Silah və ərzaq tədarükünə cavabdeh idi, benzin çatışmazlığı dövründə spirt əsasında yanacaq hazırlayırdı.

İnqilab başladığı zaman o, evdə valideynlərinə və fermaya baxmağa qalır. 1959-cu ildə qələbədən sonra Ramon Kastro kənd təsərrüfatı ilə məşğul olurdu, kənd təsərrüfatı və şəkər nazirliyində çalışırdı. Kubanın əmək qəhrəmanı adını alıb.