» » ABŞ hasilatının dondurulması ideyasına şübhə ilə yanaşır

ABŞ hasilatının dondurulması ideyasına şübhə ilə yanaşır

ABŞ hasilatının dondurulması ideyasına şübhə ilə yanaşır

“Biz dövlətin qarışmalı olduğunu hesab etmirik”.

ABŞ hökuməti neft hasilatının səviyyəsinin dondurulması ideyasına skeptik yanaşır, bazar müstəqil tənzimlənəcəyini ehtimal edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Energetika sahəsində beynəlxalq münasibətlər üzrə xüsusi müşaviri Amos Hokstayn bəyan edib.

O qeyd edib ki, bununla yanaşı, ABŞ hökuməti həm neft istehsalçıları, eləcə də istehlakçıları ilə daimi qarşılıqlı əlaqədədir.    

“Biz bütün dünyada dostlarımızla, neft istehsalatçı və istehlakçısı olan ölkələr ilə danışıqlar aparırıq. Amma biz dövlətin qarışmalı olduğunu və nə qədər neftin istehsal olunmalı və nə qədər neftin ixrac edilməli olduğunu süni şəkildə tənzimləməli olduğunu hesab etmirik”, - o bildirib.