» » Venesuela neft istehsal edən ölkələri toplayır

Venesuela neft istehsal edən ölkələri toplayır

Venesuela neft istehsal edən ölkələri toplayır

Karakas neft istehsalının dondurulmasının təşəbbüskarı kimi çıxış edib.

Venesuela Səudiyyə, Rusiya və Qətər ilə neft hasilatının dondurulması ideyasını dəstəkləyən OPEK-ə daxil olan ölkələrin və təşkilata daxil olmayan neft istehsalçılarının görüşünü müzakirə edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks” Venesuelanın neft naziri Euloxio del Pinoya istinadən məlumat yayıb.  

O bəyan edib ki, Venesuela bütün neft istehsalçıları ilə görüşün tarixi və yeri haqqında məsləhətləşmələr aparır.

Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovskinin sözlərinə görə, məhz Venesuela neft hasilatının dondurulmasının təşəbbüskarı kimi çıxış edib.