» » Fransa İŞİD-ə qarşı gizli müharibə aparır

Fransa İŞİD-ə qarşı gizli müharibə aparır

Fransa İŞİD-ə qarşı gizli müharibə aparır

Respublika terrorçulara qarşı gizli əməliyyat keçirir.

Fransa rəsmi açıqlama vermədən Liviya ərazisində İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyat keçirir.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə fevralın 24-də “Le Mondе” nəşri yaxın mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına əsasən, Fransa aviasiyası gizli yerüstü əməliyyatla əlaqələndirilən dəqiq raket zərbələri endirir.

“Le Mondе”nin mənbəsi həmçinin bildirib ki, Liviya ərazisində Fransanın xarici kəşfiyyatı da fəaliyyət göstərir.

Nəşrin məlumatından sonra Fransa Müdafiə nazirliyi milli təhlükəsizliyin məxfi sirlərinin yayılması ilə əlaqədar araşdırmaya başlayıb.