» » “Fitch”dən neftin qiyməti ilə bağlı – PROQNOZ

“Fitch”dən neftin qiyməti ilə bağlı – PROQNOZ

“Fitch”dən neftin qiyməti ilə bağlı – PROQNOZ

Agentlik təbii qazın qiymətinə olan proqnozunu da azaldıb.

“Fitch” Beynəlxalq reytinq agentliyi neftin qiymətini 22%, bir barel üçün 45 dollardan 35 dollara qədər azaldıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti bildirib.

“Bizim baza ssenarisi Brent və WTI markalı neftin qiyməti 2016-cı ildə bir barel üçün 35 dollar qiymətini ehtimal edir”, - məlumatda deyilir.

Proqnozun dəyişmə səbəbləri arasında agentliyin analitikləri isti qışı və yanacaq ehtiyacının toplanmasını, OPEK-in yanvarda istehsalatının artması, eləcə də qlobal iqtisadi inkişafın proqnozunun pisləşməsini göstərirlər.

“Fitch” stress ssenarisi 2016-cı ildə neftin bir barelinin 25 dollar olacağını ehtimal edir.

Agentlik, eləcə də təbii qazın qiymətinə olan proqnozunu da azaldıb.

“Biz təbii qazın (Henry Hub) min kubfut üçün (28 kubmetr –red.) 2,25 dollar qiymətindən çıxış edirik”, - məlumatda qeyd edilir.

Daha öncə analitiklər qazın min kubfutu üçün 2,50 dollar qiymət gözləyirdilər.

Keçən dəfə “Fitch” neftin qiymətinə olan proqnozu yanvarın 20-də pisləşdirib. O zaman analitiklər neftin ortaillik qiyməti bir barel üçün 45 dollar olacağını ehtimal edirdilər.