» » Günəş sistemində yeni cırtdan planet aşkar edildi

Günəş sistemində yeni cırtdan planet aşkar edildi

Günəş sistemində yeni cırtdan planet aşkar edildi

Onun diametri 400-800 km-dir.

Astronomlar Çad Truxilyo, Skott Şeppard və Devid Tolen Günəş sistemində cırtdan planet aşkar ediblər.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NACA məlumat yayıb.

Səma cismi 2015 KH162 günəşdən 9,3 milyard km uzaqlıqdadır (Plutondan təxminən iki dəfə uzaq).

Cırtdan planetin diametri 400-800 kilometrdir, günəş ətrafında təxminən 500 il ərzində 1 dəfə tam dövr edir. İlk dəfə  2015 KH162 planeti 2015-ci ildə, İlan bürcündə Havay adalarında quraşdırılmış “Keka” teleskopu vasitəsilə görülüb. Astronomlara alınan məlumatları dəqiqləşdirmək üçün bir neçə ay lazım gəldi.

Beynəlxalq Astronomlar İttifaqı tərəfindən təklif edilən Planet anlayışı yalnız günəş sistemi cisimlərinə tətbiq edilir. Buna müvafiq olaraq, ətraf orbitini çoxsaylı kiçik cisimlərdən təmizləmiş iri cisim planet hesab edilir.