» » Rusiya XİN: Əsəd rejimini dəstəkləmirik

Rusiya XİN: Əsəd rejimini dəstəkləmirik

Rusiya XİN: Əsəd rejimini dəstəkləmirik

“Biz Suriyanın müstəqilliyini və beynəlxalq hüququ müdafiə edirik”.

Rusiya Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmir, amma onun terror təşkilatlarının yaraqlıları ilə mübarizə məsələsində məqsədlərinə şərikdir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Xairci İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Arqumentı i faktı” qəzetinə verdiyi müsahibəsində bidirib.

“Biz Əsəd rejimini dəstəkləmirik. Amma “İslam dövləti” ilə mübarizədə müxalifəti və kürdləri dəstəklədiyimiz kimi, onu da terrorizm ilə mübarizədə dəstəkləyirik”, - o deyib.

Onu  sözlərinə görə, Rusiya tərəfi ABŞ-ın Dəməşqə zərbə endirməsindən yayındırmaq üçün hər şey edib. Bununla yanaşı, Suriyanın müstəqilliyini və beynəlxalq hüququ müdafiə edən Rusiya bu məsələdə tərəf tutmayıb.