» » Davudoğlu: Suriyada atəşkəs Ankara üçün mütləq deyil

Davudoğlu: Suriyada atəşkəs Ankara üçün mütləq deyil

Davudoğlu: Suriyada atəşkəs Ankara üçün mütləq deyil

“Belə hallarda Türkiyə heç kəsdən icazə istəməyəcək”.

Təhlükəsizliyin təminatı üçün təhlükə yarandığı halda, Suriyada atəşkəs Türkiyə üçün mütləq deyil.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu jurnalistlərə cümə axşamı Konyada bildirib.

“Bu atəşkəs Suriya üçün, onun sərhədlərindən kənarda olanlar üçün keçərlidir. Bizim milli təhlükəsizliyimizə təhlükə yarandığı halda, bu atəşkəs bizim üçün öhdəlik mahiyyəti daşımır. Belə halda Türkiyə heç kəsdən icazə almayacaq və lazım olanı edəcək. Çünki həmin andan etibarən məsələ Suriya problemi çərçivəsindən çıxır və Türkiyə məsələsinə çevrilir”, - Davudoğlu deyib.

ABŞ və Rusiyanın birgə bəyanatına müvafiq olaraq fevralın 27-dən Suriyada hökumət qoşunları və müxalifətin silahlı qüvvələri arasında atəşkəs elan edilməlidir, BMT tərəfindən terrorçu elan edilən “İslam dövləti”, “Cəbhə ən-Nüsrə” və digər qruplaşmalara hücumlar davam edir.